Sika lgolflex -620/

Sika lgolflex -620

Sika Igolflex-620

Sika Igolflex-620 yüksək yapışma gücünə malik, quruduğu zamanı nəm və buxar keçirməz təbəqə əmələ gətirən, bitum-kauçuk, lateks emulsiya əsaslı su izolyasiya materialıdır.

İstifadə Yerləri:

  • Daxili və xarici məkanların şaquli və üfqi səthlərində
  • Döşəmələrdə, beton və şap arası nəm və buxar ötürücülüyünə qarşı
  • Damlarda, bitum, qurğuşun, sink, alüminium, beton, yüngül beton, ağac, şifer örtüklərin səthi bərpasında vəya buxar izolyasıyası olaraq
  • Dayaq və istinad divarlarının koroziyaya qarşı qorunmasında
  • Beton strukturların torpaqla təmasda olan daxili və xarici divarlarının nəm və su izolyasiyalarında
  • İstilik izolyasiya panellərinin yapışdırılmasında

Üstünlükləri:

  • Tək komponentli, istifadəyə hazır olması
  • Fırça,rolik və ya püskürtmə avadanlığı ilə asan tətbiq edilməsi
  • Bir çox inşaat materialına yapışma gücü
  • Quru və nəm səthlərin uzərində mükəmməl adgeziyaya malik olması
  • Qalınlığının artırılmasına ehtiyac olmadan dayanıqlı su, nəm və buxar izolyasiya örtüyü yaratması
  • Torpaqdakı kimyəvi maddələrə qarşı dayanıqlı olması
  • Donma – ərimə döngüsünə qarşı dayanıqlı olması
  • Tərkibində həlledicinin olmaması və ətraf mühit üçün zərərsiz olması, qoxusuz kürlənməsi