
SikaCeram-201
C2T sinfi, incə təbəqə üsulu ilə tətbiq edilən üstün performanslı yapışdırıcı.
Keramik plitə və kafellərin
yapışdırılması üçün su əlavə edilməklə istifadəyə hazır vəziyyətə gətirilən, yüksək performanslı sement əsaslı yapışdırıcıdır. Keramika və kafelləri yapışdırmaq üçün SikaCeram®-201 5 mm-ə qədər qalınlıqda tətbiq edilir.
İstifadə Yerləri:
- Az və çox hopduruculuğa malik plitələrin yapışdırılmasında
- Kafel, keramika plitə, süni daş və qranitlərin yapışdırılmasında
- Daxili və xarici məkanlarda
- Divar və döşəmələrdə
- Beton, suvaq, kərpic, gipskarton lövhə, anhidrit tərkibli səthlərdə
- Daxildə, köhnə keramik üzərinə yeni plitələrin yapışdırılmasında
- Polistren, poliüretan köpük, daş və şüşə yunu lövhələrinin nöqtəli yapışdırma tətbiqlərində
Üstünlükləri:
- Asan qarışdırma və tətbiq olunması
- Yüksək yapışma müqaviməti
- Tiksotropik tutarlılıq, asan yayılan qatılıq
- EN 12004 standarının tələbinə uyğun C2T sinfi
- C2 – sement tərkibli polimer ilə təkmilləşdirilmiş
- T sinfi – sürüşməzlik xassəli