
Sikadur-31
2 Komponentli, Eboksid Əsaslı Sərt Yapışdırıcı və Tiksotropik Təmir Materialı
İki komponentli, solventsiz, eboksid qatran və xüsusi dolğu tərkibli, tiksotropik qatılıqda olan sərt struktur yapışdırıcı və təmir materialıdır.
İstifadə Yerləri:
- İnşaat elementlərinin yapışdırılmasında: prefabrik beton, pilləkənlər,məhəccər və s.
- Prefabrik fasad elementlərinin bərkidilməsi və beton elementlərin (svaylar, arkaların və s.) yığılması üçün.
- Yüksək yapışma müqavimətinə sahib struktur yapışdırıcı olaraq beton, asbest-sement, kərpic, daş qablar, keramika, polad, alüminium, ağac, şüşə və s. materialların yapışdırılmasında
- Yüksək aşınmazlıq sinifli təmir materialı olaraq hidrotexniki qurğuların təmiri və mühafizəsində: su depoları, kanallar, yükləmə tunelləri və s.
- Çuxur, boşluq, statik çat və birləşmələrin doldurulmasında
- Armatur və dəmir çubuqların betona montajında
Üstünlükləri:
- Yüksək mexaniki müqavimətli
- Yüksək ilkin və son sıxılma müqavimətli
- Asan qarışdırma və tətbiq olunması 20mm-ə qədər qalınlıqda tətbiq olunduğunda axmaması
- Tiksotropik xassəli: sarxmayan, şaquli və baş üstü tətbiq üçün uyğundur
- Orta kimyəvi dayanıqlılıq
- Büzülmə olmadan sərtləşməsi
- Mayeləri və su buxarını keçirməz olması